Cəmiyyət

Ramazan ayının 8-ci gününün duası: İmsak və iftar vaxtı

Bu gün Ramazan ayının 8-ci günüdür.

AzToday.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah üçün imsak saat 03:58, iftar isə saat 19:52-yə təyin olunub.

Ramazan ayının 8-ci gününün duası:

“Allahummərzuqni fihi rəhmətəl-əytami və it-amət-təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin”.

Tərcüməsi:

“İlahi, bu ayda mənə yetimlərə münasibətdə mərhəmətli olmağı, çörək verməyi, sülhpərvər olmağı, hörmətli adamlarla oturub-durmağı qismət elə, Öz qüdrətin sayəsində, ey ümid edənlərin Pənahı!”

Allah orucunuzu qəbul etsin!

Bənzər yazılar

Back to top button