İdman

Messidən 15 il sonra uğursuz göstərici

“Barselona”nın kapitanı Lionel Messi 15 il sonra ilk dəfə ardıcıl olaraq Madrid klublarına qarşı matçlarda qol vura bilməyib.

Qol.az xəbər verir ki, bu barədə məşhur jurnalist Pedro Martin məlumat yayıb. 33 yaşlı hücumçu ötən gün “Atletiko” ilə heç-heçə etdikləri (0:0) matçda fərqlənməyi bacarmayıb. O, “Real”a uduzduqları son “El-Klassiko”dan (1:2) da əliboş qayıdıb. Beləliklə, Messi son 15 ildə ilk dəfə Madrid klubları ilə görüşdən qolsuz ayrılıb.

Qeyd edək ki, Messi bu mövsüm La Liqada 33 maçtda 28 qol vurub və 11 qolun ötürməsini verib.

Bənzər yazılar

Back to top button