Şəhid Şamo Məhərrəmovun cənnətdəki ilk doğum günü (VİDEO)

by Aztoday Xəbər Portalı

Məhərrəmov Şamo Mətləb oğlu 1997-ci il aprel ayının 26-si Rusiyanın Murmanski şəhərində anadan olub. Əslən Qax Rayonu Ləkit Kəndindən olan Şamo 1-ci sinifə həmin kəndin tam orta məktəbində başlayıb. Tam orta Təhsilini isə Bakı şəhəri Suraxanı rayonu 279 nomreli məktəbdə başa vurub. Uşaq vaxtından çox ağıllı səlis danışığı ilə bütün hamını valeh edib, hamının hörmətini qazanaraq hər zaman diqqət mərkəzində olub. İgidimizin hələ uşaq yaşlarından idmana, döyüşlərə həddindən artıq marağı olub. Özü jijutsu ilə bir müddət məşğul olub, medallar, diplomlar ilə təltif olunub. Ailə imkanına görə ali təhsil ala bilməyib. Ailəsi şəhidimizlə bağlı xatiralarindən danışarkən qeyd edir ki, “Şamo uşaq vaxtından zəhmətkeş, ailə başa düşən birisi idi. Ən böyük arzularından biri ev tikdirmək və maşın almaq olub. 9-cu sinifdən restoranlarda, kafelərdə ofisant kimi işləyib ki, məqsədlərinə çata bilsin…”

Bənzər Yazılar