Buffon Ronaldo ilə münasibətlərindən danışdı

by Aztoday Xəbər Portalı

“Yuventus”un qapıçısı Canluici Buffon komanda yoldaşı Kriştiano Ronaldo ilə münasiblərindən danışıb.

Qol.ax xəbər verir ki, 43 yaşlı qolkiper “goal.com”a açıqlamasında portuqaliyalı futbolçu haqda deyib:

“Kriştiano ilə əla münasibətimiz var. Onu çox sevirəm. Əvvəlki illərdə olduğu kimi bu mövsüm də çox qol vurub. Komanda vacib hədəflərə çatdıqda uğuru qazandıran fərdlər təriflənir. Məqsədə çatmayanda isə bu, fərdi oyunçuların performansına təsir edir”.

Xatırladaq ki, Buffon bu gün həmçinin mövsümün sonunda “Yuventus”dan ayrılacağını açıqlayıb.

Bənzər Yazılar