Bu ölkə vətəndaşlarına peyvənd pasportları veriləcək

by Aztoday Xəbər Portalı

Xaricə səyahət edən britaniyalılar üçün peyvənd pasportları mayın 17-də tətbiq olunacaq.

“The Times” xəbər verir ki, pasportlar tətbiq formasında smartfonlar və planşetlər üçün ölkənin Milli Səhiyyə Xidməti (NHS) tərəfindən yaradılıb.

Bu cür sertifikatlar yalnız iki doza peyvənd vurulan britaniyalılara veriləcək.

Bu cür pasportların olması britaniyalı turistlərin ölkə hakimiyyəti ilə danışıqlarda bunu istəyən Yunanıstan da daxil olmaqla ən populyar tətil yerlərinə səyahət etmələri üçün şərtdir.

Bənzər Yazılar