Cəmiyyət
Minə yaxın azərbaycanlı Gürcüstanda təhsil alacaq
2020-2021-ci tədris ilində 956 azərbaycanlı gənc Gürcüstanın ali məktəblərinə qəbul olub.
AzToday.az xəbər verir ki, bu barədə Gürcüstanın Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 2019-2020-ci tədris ili ilə müqayisədə bu il ali məktəblərə qəbul olan tələbələrin sayı 44 nəfər çoxdur.
Məlumata görə, azərbaycanlı tələbələrin 935-i universitetlərə milli azlıqlar üçün nəzərdə tutulan “1+4” proqramı üzrə qəbul olub. Onlar bir il ərzində dövlət dilini öyrəndikdən sonra seçdikləri ixtisas üzrə bakalavr pilləsində təhsili davam etdirəcəklər. (azvision.az)