GündəmSağlamlıq

Azərbaycanda son sutkada koronavirusun statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 558 yeni yoluxma faktı qeydə alınıb, 1454 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzToday.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 13 nəfər vəfat edib.

Ölkədə indiyədək ümumilikdə 328 159 nəfər koronavirusa yoluxub. Onlardan 309 771 nəfər müalicə olunaraq sağalıb, 4 726 nəfər vəfat edib, aktiv xəstə sayı 13 612 nəfərdir.

Azərbaycanda son gün ərzində 7 155, hazırkı dövrədək isə 3 353 167 test aparılıb.

Son sutkada koronavirus əleyhinə 21604 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5008,ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16596 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1727510, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1014495, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 713015 təşkil edir.

Bənzər yazılar

Back to top button