İqtisadiyyat

Yol Polisinin 3,4 milyon manatlıq tenderini bu şirkət uddu

Daxili İşlər Nazirliyinin BDYPİ-nin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi “Yol Nişanı” MMC (VÖEN- 1304819001) olub.

Yeniavaz.com xəbər verir ki, “Yol Nişanı” MMC tenderin qalibi kimi BDYPİ-yə 3 milyon 367 min 861 manat 60 qəpik dəyərində 2022-ci ilin tələbatına uyğun olaraq mal-materiallar satacaq.

Məlumat üçün bildirək ki, “Yol Nişanı” MMC – 07.02.2017-ci il tarixində dövlət qeydiyyatına alınıb. MMC Bakı şəhəri, Nəsimi rayonu, Salatın Əsgərova, ev 159 ünvanında qeydiyyatdadır. Nizamnamə kapitalı 200 manat olan MMC-nin qanuni təmsilçisi Babaverdiyeva Rəşid Telman oğludur.

Bənzər yazılar

Back to top button