İdman

Buskets vidalaşdı: “Getmək vaxtı çatdı”

“Barselona”nın yarımmüdafiəçisi Serxio Buskets mövsümün sonunda klubdan ayrılacağını açıqlayıb.

Fanat.az xəbər verir ki, Kataloniya klubunun rəsmi saytı futbolçunun dediklərini belə çatdırıb:

“Barselona”lı olmaq mənim üçün şərəf və qürur mənbəyi idi. Lakin hər şeyin bir sonu olur. Getməyin zamanı gəlib. Bu yolda yanımda olan bütün insanlara, eləcə də azarkeşlərə təşəkkür edirəm”.

Buskets “Barselona”nın məzunudur. 2008-ci ildə komandada debüt edən ispan futbolçu kataloniyalıların heyətində 718 oyun keçirib – bu, tarixin üçüncü ən yüksək göstəricisidir, 18 qol vurub və 40 məhsuldar ötürmə verib.

34 yaşlı yarımmüdafiəçi “Barselona” ilə 8 dəfə İspaniya çempionu, 7 dəfə ölkə kuboku və Superkubokunu qazanıb, 3 dəfə Çempionlar Liqasının, UEFA Superkubokunun və Klublararası dünya çempionatının qalibi olub.

Bənzər yazılar

Back to top button