İqtisadiyyat

Generalın oğlu 7.5 milyonu necə uddu?

Dövlət Gömrük Komitəsi 30 milyon manata inşa etdirdiyi inzibati binasının fasadının təmiri üçün növbəti satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, Gömrük Komitəsinin “yeni inzibati binasının fasadının üzlənməsi ilə bağlı ilkin işlərin yerinə yetirilməsi” lotu üzrə sifarişçi olduğu tenderin məbləği 7.576.420 manatdır.

Sözügedən lot üzrə “FF Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.

Dövlət reyestrində qanuni təmsilçisi Soltanov Ayaz Üzeyir oğludur.

Qlobal.az-ın əldə etdiyi məlumatda iddia olunur ki, “FF Construction” MMC Fövqaladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi, general-mayor Rüfət Fəradovun oğlu Lətif Fərhadova məxsusdur.

Lətif Fərhadov “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Balababa (Baba) Rzayevin kürəkəni olduğu deyilir.

Bənzər yazılar

Back to top button