İdman

“Sumqayıt” borcunu ödəmədi, “Azərsu” stadionun suyunu kəsdi

“Sumqayıt”ın ev oyunlarını keçirdiyi “Kapital Bank Arena”nın suyu kəsilib.

Bu barədə Fanat.Az-a kluba yaxın mənbə məlumat verib.

Məlumata görə, suyun kəsilməsinə səbəb klubun “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda borcunun olmasıdır. İndiyədək “Azərsu” tərəfindən dəfələrlə xəbərdarlıq edilsə də, Riyad Rəfiyevin başçılıq etdiyi klub borcları ödəməyib. Sonda ASC stadiona verilən suyu kəsmək məcburiyyətində qalıb.

Məlumatı verən mənbə bildirir ki, bu səbəbdən “Sumqayıt”ın aşağı yaş qrupları üzrə komandaları “Kapital Bank Arena”nın meydançalarında məşq edə bilmir. Hətta U-19 komandası bu həftə oyununu “Kapital Bank Arena”da keçirsə də, futbolçular matçdan sonra Mehdi Hüseynzadə adına stadionun hamamından istifadə etməli olub.

Bənzər yazılar

Back to top button