İdman

Zinəddin Zidan “Real”dan gedəcəyini açıqladı – SON ANDA

“Real”ın baş məşqçisi Zinəddin Zidan mövsümün sonunda komandanı tərk etmək niyyətini açıqlayıb.

Fanat.az xəbər verir ki, informasiyanı “Goal” yayıb.

Mənbə mütəxəssisin “Sevilya” ilə 2:2 hesabıyla bitən oyundan öncə qərarını paltardəyişmə otağında futbolçulara açıqladığını bildirib.

Daha öncə 48 yaşlı fransalının mövsümün sonunda qazanacaqları nəticədən asılı olmayaraq postundan ayrılmaq istədiyi bildirilmişdi.

Qeyd edək ki, Zidan 2019-cu ilin martında yenidən “Real”ın baş məşqçi postuna qayıdıb. Ötən mövsüm onun rəhbərliyi altında çempion olan madridlilər hazırda turnir cədvəlində 78 xalla ikincidir. Lider “Atletiko”nun isə 80 xalı var.

Bənzər yazılar

Back to top button