Siyasət

MSK-nın yeni tərkibi niyə formalaşdırılmır? – Deputatlardan açıqlama

“Mərkəzi Seçki Komissiyasının tərkibinin yenidən formalaşması yaxın vaxtlarda öz həllini tapacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib. Onun fikrincə, proses pandemiyaya görə yubanır:

“Fikrimcə, bu, texniki məsələdir. Yaxın müddətdə məsələ öz həllini tapacaq. Bilirsiniz ki, COVID-19-la bağlı toplantıları keçirmək çətinləşib. Bu məsələdə hansısa bir problem görmürəm. Fikrimcə, yaxın müddətdə hansısa seçki keçirmək qərarı yoxdur. MSK-ın yenidən formalaşması boş qalan dairələrə təkrar seçkilərin keçirilməsi ilə bağlıdır. Güman ki, bu COVID-19-un yayılmasının qarşısını almaq məqsədi ilə toplantıların keçirilməsinə qoyulan məhdudiyyətlə bağlıdır”.

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa da bu məsələyə yaxın vaxtlarda baxılacağını qeyd edib:

“Düşünürəm ki, bu məsələ pandemiyaya görə yubanır. Pandemiya olmasaydı, yeni tərkib çoxdan formalaşardı”.

Bənzər yazılar

Back to top button