Dünya

Tramp “Rusiya işi”nə görə tutulanları əfv etdi

ABŞ Prezidenti Donald Tramp 15 nəfəri əfv edib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Trampın əfv etdiyi şəxsdlərdən ikisi “Rusiya istintaqı” çərçivəsində həbs olunanlar olub. İkisi isə sabiq respublikaçı konqresmenlərdir.

Əfvə düşənlərdən biri də Trampın seçki qərargahında keçmiş köməkçisi Corc Papadopulosdir. O, Rusiyanın 2016-cı il prezident seçkisinə müdaxiləsi üzrə istintaqa yalan məlumat verdiyi üçün 2017-ci ildə saxlanılmışdı.

Əfv olunanlar arasında rusiyalı milyarder German Xanın niderlandlı kürəkəni, 36 yaşlı Aleks van der Zvaan da var. O, Trampın seçki qərargahının rəsmisi ilə münasibətləri haqda Mullerin təhqiqatçılarına yalan danışmağa görə 30 günlük həbsə məhkum edilib və 20 min dollar cərimələnib.

Bu iki nəfəri əfv etməklə Tramp bir daha Rusiya istintaqını diqqət mərkəzinə gətirib. İstintaq Rusiyanın seçkiyə müdaxilə etdiyini müəyyənləşdirsə də, Trampın qərargahının Moskvayla əlbirliyinə dəlil tapmayıb.

Nümayəndələr Palatasının keçmiş respublikaçı üzvləri Dunkan Hanter və Kris Kolins də əfv siyahısına düşüblər.

Bənzər yazılar

Back to top button