Siyasət

İran Qarabağa gələn Rusiya sülhməramlılarına yardım təklif etdi

İran Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsinə kömək etməyə və bölgədə sülhün əldə olunmasına kömək etməyə hazırdır.

Qaynarinfo xəbər verir ki, bu barədə RİA Novosti İran Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

“İran bölgədə davamlı sülh və təhlükəsizliyin təmin olunmasına kömək etməyə və regional təşəbbüslərdə iştirak etməyə hazır olduğunu təkrar bəyan edir”, – məlumatda deyilir.

Xəbər verdiyimiz kimi, Dağlıq Qarabağdakı münaqişə tərəflərinin təmas xəttində 1.960 hərbçi, 90 zirehli personal daşıyıcısı, 380 ədəd avtomobil və xüsusi texnika olmaqla Rusiya sülhməramlı kontingenti yerləşdiriləcək.

Bundan əvvəl Rusiya, Ermənistan və Azərbaycan rəhbərləri 10 noyabrdan etibarən Dağlıq Qarabağda atəşkəsə dair birgə bəyanat qəbul edib. Rus sülhməramlıları Qarabağ bölgəsinə göndərilib. İrəvanda müvafiq sənədin imzalanmasından sonra razılaşmadan narazı olan insanlar ölkənin hökumət binasına soxulub.

Bənzər yazılar

Back to top button