İdman

Messi “Siti”dən illik 25 milyon avro istəyir

“Mançester Siti” “Barselona”nın kapitanı Lionel Messini transfer etməkdə israrlıdır.

Qol.az “The Sun”a istinadən xəbər verir ki, klub 33 yaşlı hücumçuya görə yüksək məbləğdə pul xərcləməyə hazırdır. Messi isə “şəhərlilər”ə keçəcəyi təqdirdə illik ən az 25 milyon avro maaş ödənilməsini istəyir. Argentinalı oyunçu əvvəlcə “Barselona”nın son təklifini müzakirə etməyi, daha sonra digər kluba transfer olunmaq barədə düşünməyi planlaşdırır.

Qeyd edək ki, Messinin Kataloniya klubu ilə müqaviləsi bu yay başa çatır. O, cari mövsüm 46 matçda 37 qol vurub və 11 qolun ötürməsini verib.

Bənzər yazılar

Back to top button