İqtisadiyyat

Bitkoinin qiyməti çökdü – KOİNLƏR SÜRƏTLƏ UCUZLAŞIR – YENİ QİYMƏTLƏR

Dünyanın kripotovalyuta bazarı yenidən çöküb, bitkoinin qiyməti son 3 ayda ən aşağı həddə düşüb, bütün əsas koinlər sürətlə ucuzlaşır. Hazırda bitkoin 45 min tdollardan aşağı həddə düşüb və ucazlaşma davam edir.

FED.az xəbər verir ki, bazara növbəti zərbəni Tesla-nın sahibi İlon Mask endirib.

Biznesmen bildirib ki, onun şirkəti vaxtilə aldığı bitkoin aktivləri sata bilər və ya artıq satıb.

Dünən Twitter istifadəçilərindən biri bildirib ki, növbəti rübdə bitkoin istifadəçiləri görəcəklər ki, Tesla öz bitkoinlərini satıb (təqribən 1,5 milyard dollar idi). Ona cavab olaraq İlon Mask «Doğrudan da, elədir» cavabını verib. Bu sözlər bitkoin başda olmaqla digər konnlərin ucuzlaşmasıüçün siqnal olub.

Bitkoin gün ərzində təqlirən 10% dəyər itirərək 42-43 min dollara, yəni son 3 ayda ən aşağı qiymətə düşüb. Ümumilikdə son bir həftə ərzində onun ucuzlaşması 26%-i keçib.

Ethereum-un qiyməti 14% azalaraq 3,3 min dollara enib.Son bir həftədə Ethereum 18% dəyər itirib.

Binance Coin-in qiyməti 12% azalaraq 510 dollara düşüb, həftəlik ucuzlaşma 25% təşkil edib.

İlon Mask-ın sevimli kriptovalyutası olan Dogecoin isə 9% dəyər itirərək 48 sentə düşüb, həftəlik ucuzlaşma 11,5%.

Bənzər yazılar

Back to top button