İdman

Messi bu göstəricidə əlçatmazdır

La Liqanın 37-ci turunda “Selta” ilə matç “Barselona”nın kapitanı Lionel Messi üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, 33 yaşlı hücumçu sözügedən qarşılaşmada fərqlənməyi bacarıb. Bu, Messinin La Liqada qol vurduğu 300-cü matçı olub. Argentinalı oyunçu belə nəticə ilə çempionatda mübarizə aparmış bütün oyunçuları qabaqlayır. Bu göstərici üzrə 2-ci yerdə “Real”ın sabiq futbolçusu Rauldur (186 matç).

Xatırladaq ki, “Selta” ilə matç Kataloniya klubunun 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Komanda bununla da cari mövsümdə çempionluq şanslarını rəsmən itirmiş olub.

Bənzər yazılar

Back to top button