Hadisə

Şabranda məmurlar həbs edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şabran rayon şöbəsində qanun pozuntuları aşkar edilib, – bu barədə Baş Prokurorluq xəbər verir.

2017-2020-ci illər ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin icrası vəziyyətinin yoxlanılması zamanı nöqsanların aşkar edilməsi faktı ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanılmaqla istintaq aparılmışdır.

Müəyyən edlilb ki, Fondun Şabran rayon şöbəsinin müdiri İlqar Rzayev həmin şöbənin mühasibat uçotu sektorunun müdiri Elvin Hüseynov və digər vəzifəli şəxsləri ilə birlikdə vətəndaşların müraciəti əsasında ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilməsi üçün əsaslar olduğu halda, vəzifə saxtarkarlığına yol verməklə dövlət büdcəsinə ümumilikdə 341 min manat ziyan vurmuşlar.

İlqar Rzayev, Elvin Hüseynov və digərlərinə CM-nin 179.3.2 (israf etmə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda ), 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Xəbərdə deyilir ki, İstintaq zamanı vurulmuş maddi ziyanın 138 min manat olan hissəsinin ödənilməsi təmin edilmişdir.

Bənzər yazılar

Back to top button