Azərbaycanda bank müdiri intihar etdi

by Aztoday Xəbər Portalı

“Kapital Bank”ın filial müdiri intihar edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bankın Xəzər rayon filialının müdiri Mahir Sultanov özünü öldürüb.

O, Şüvəlan qəsəbəsində yerləşən filiala rəhbərlik edirmiş. İntiharın səbəbi hələ ki, bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

Bankın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Azxeber.com-a açıqlamasında yayılan məlumatı təsdiqləyib:

“Bu xəbəri təəssüf hissi ilə təsdiq edirik ki, “Kapital Bank”ın Xəzər rayon filialının müdiri Mahir Sultanov intihar edib. İntiharın səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır”.

Bənzər Yazılar