Cəmiyyət

Sabahdan Azərbaycanda “Sputnik V” vaksininin tətbiqinə başlanılır

“Mayın 18-dən yeni növ koronavirus infeksiyasına qarşı peyvəndlənmə məqsədi ilə vətəndaşlar Rusiya istehsalı olan “Sputnik V” vaksinindən də istifadə edə biləcəklər”.

AzToday.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə yaydığı məlumatda qeyd edilib.

Məlumatda deyilir ki, Azərbaycanda COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına uyğun olaraq ölkə üzrə peyvəndlənmə prosesi davam etməkdədirHəmin vaksinin istifadəsinə Azadlıq prospekti 112 ünvanında yerləşən Bakı Sağlamlıq Mərkəzində başlanacaq.

18 yaşından yuxarı olan və əksgöstərişləri olmayan hər bir vətəndaş peyvənd oluna bilər.

Qeyd edək ki, “Sputnik V” vaksini artıq dünyanın 65 ölkəsi tərəfindən tanınıb.

Bənzər yazılar

Back to top button