Azərbaycanda son sutkanın yoluxma statistikası

by Aztoday Xəbər Portalı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 426 yeni yoluxma faktı qeydə alınıb, 515 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzToday.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 330 269 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 315 415 nəfər müalicə olunaraq sağalıb, 4792 nəfər vəfat edib, aktiv xəstə sayı 10 062 nəfərdir.

Ölkədə son sutka ərzində 8877, hazırkı dövrədək isə 3 392 930 test aparılıb.

Son sutkada koronavirus əleyhinə 3694vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1223, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2471nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1798743,birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1032054,ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 766689 təşkil edir.

Bənzər Yazılar