Cəmiyyət

“Açıq havada maska taxılır, amma qapalı məkanda maskasız əyləşirlər, bu, absurddur” Professor:

“Çin istehsalı olan, “Sinovac” şirkətinin “CoronaVac” vaksininin effektivliyi barədə fikirlər müxtəlifdir. Ayrı-ayrı ölkələrdən fərqli fikirlər və məlumatlar gəlir və bu vaksin ilk olaraq Çində tətbiq olunarkən effektivliyinin təxminən 80 faiz olduğu deyilirdi”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında tibb sahəsi üzrə professor, həkim Adil Qeybulla “CoronaVac” vaksinin effektivliyi barədə danışarkən bildirib:

Adil Qeybulla təklif edib ki, Azərbaycan da vaksinlə bağlı antikor testi aparmaq lazımdır:

“Yəqin ki, 100 nəfərin vaksin olunmasından 45 gün keçibsə, antikor testinin nəticələrinə əsasən fikir yürütmək olar. Hazırda ortada bir nəticə olmadığı üçün fikir bildirmək çətindir”.

Vaksin olunan şəxslərin sayının artmasından sonra insanlarda arxayınlığın yarandığını bildirən professor təhlükənin geridə qalmadığını vurğulayıb:

“Vaksin olunanların sayının artması, paralel olaraq yoluxanların sayının azalması ilə insanlarda arxayınlıq hiss olunur. Xüsusilə, iaşə müəssisələrində, restoran və çay evlərində sıxlıq var. Bu məkanlarda insanlar maskasız oturur, saatlarla əylənirlər, amma bayıra çıxanda maska taxırlar. Bu, ziddiyyətli bir vəziyyətdir. Açıq havada maska taxılır, amma qapalı məkanda maskasız əyləşirlər. Bu, absurddur. Yoluxma sayında da azalma müşahidə edilir, amma düşünürəm ki, biz bu vəziyyətdən tam əmin olmamalıyıq. Çünki virusun Hindistan mutasiyası daha təhlükəli hesab edilir. Bu səbəblə, vəziyyət necə olacaq, dördüncü dalğa elan ediləcəkmi – bütün bunlar sual altındadır. Əsas məsələ odur ki, Hindistandan da ziddiyyətli məlumatlar gəlir. Buna görə də düşünürəm ki, Dünya Səhiyyə Təşkilatı tərəfindən karantinin son zəngi vurulana qədər son dərəcə diqqətli olmalıyıq”.

Bənzər yazılar

Back to top button