Dünya

Rusiya Ukrayna ilə danışıqlara buna görə gedirmiş… – Britaniyadan ittiham

Böyük Britaniyanın xarici işlər naziri Liz Truss Rusiyanı Ukrayna ilə sülh danışıqlarından qüvvələrini yenidən toplamaq üçün fürsət kimi istifadə etməkdə ittiham edib.

Qaynarinfo xəbər verir ki, bu barədə “Avropa həqiqəti” yazıb.

Truss deyib ki, danışıqlar “tüstü pərdəsi”dir və o, Kremlin məqsədlərinə “şübhə ilə yanaşır”.

“Əgər bir ölkə danışıqlara ciddi yanaşırsa, bu gün dinc əhalini heç bir fərq qoymadan bombalamazdı. Bizim gördüyümüz rusların yenidən qruplaşması üçün məkan yaratmaq cəhdidir”, – o deyib.

“Biz Rusiya qoşunlarının çıxarılmasıyla bağlı və ya masada hər hansı ciddi təklif olaraq heç nə görmürük”, – nazir vurğulayıb.

Trussun sözlərinə görə, “Ruslar ancaq yalan, yalan və yalan danışır. Hesab edirəm ki, danışıqlar diqqəti yayındırmaq və tüstü pərdəsi yaratmaq üçün növbəti cəhddir”.

Xatırladaq ki, Rusiya Federasiyası ilə danışıqlarda Ukrayna nümayəndə heyətinin üzvü, Prezident Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak deyir ki, Rusiya tərəfinin danışıqlarda verdiyi bəyanatlar mediada gərginlik yaratmaq məqsədi daşıyır.

Bənzər yazılar

Back to top button