İqtisadiyyatManşet

Azərbaycanda qiymətlər daha sürətlə artır (ŞƏRH)

“Bu ilin birinci rübündə MDB dövlətləri arasında istehsal qiymətləri indeksi Azərbaycanda ən yüksək səviyyədə artıb. Bunun başlıca səbəblərindən biri mədən sənayesi bölməsində istehsal olunun məhsulların qiymətlərin bahalaşmasıdır. İstehlak qiymətləri indeksinə gəlincə, Azərbaycanda 1 rübün nəticələri üzrə müvafiq göstərici MDB üzrə orta göstəricidən 2,3 dəfə yüksək olub”.

AzToday.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Qubad İbadoğlu bildirib.

O deyib ki, son 4 ayın göstəricilərinə görə, istehlak bazarında qiymətlər daha sürətlə artıb. Belə ki, 2021-ci ilin yanvar-aprel aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-aprel aylarına nisbətən 104,0 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,1 faiz təşkil edib. Qiymət artımın yüksək tempini ilin əvvəlində benzinin və suyun bahalaşması, eləcə də idxal olunan malların bəzilərinin mənşə qiymətininin, daşınma xərclərinin və gömrük ödənişlərinin süni artırılması şərtləndirib.

Beləliklə də ərzaq məhsulları, tikinti materialları daha çox bahalaşmaya məruz qalıb. Elə bu səbəbdən də adətən mövsümi amillərin təsiri ilə deflyasiya qeydə alınan aprel-may aylarında da qiymətlər bahalaşmaqda davam edir. Ölkədə qiymət artımı gözləntisi yüksək olduğundan bahalaşma davamlı olacaq və görünür ki, bu gedişlə Azərbaycan qiymət göstəriciləri üzrə MDB dövlətləri arasında liderliyi il ərzində əldən verməyəcək.

Bənzər yazılar

Back to top button