HadisəManşet

21 kiloqram narkotik maddə Gömrük Komitəsindən necə yoxa çıxıb? – MÜƏMMA

Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev bir həftə əvvəl mətbuata verdiyi açıqlmada bu ilin aprel ayında gömrük əməkdaşları tərəfindən 730 kiloqramdan artıq narkotik vasitənin aşkar edildiyini açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hər ay ənənəvi olaraq açıqladığı rəsmi hesabatda yer alan rəqəmlər DGK sədrinin səslədirdiyi rəqəmlə üst-üstə düşmür.

Məlumat üçün bildirək ki, Gömrük Komitəsinin bu ilin yanvar-mart ayları üçün açıqlanan hesabatında gömrük əməkdaşları tərəfindən 26,8 kiloqram (26 831,7090 qram) narkotik vasitənin aşkar edildiyini qeyd olunub.

Bu ilin yanvar-aprel ayları üçün açıqlanan hesabatında isə gömrük əməkdaşları tərəfindən 735,8 kiloqram (735 799,9090 qram) narkotik vasitənin aşkar edildiyini qeyd olunub.

Açıqlanan məlumatlara əsasən apardığımız hesablama göstərir ki, Komitənin rəsmi hesabatında yer alan rəqəmlə DGK sədri Səfər Mehdiyevin səsləndirdiyi rəqəm arasında ən azı 21 kiloqram fərq var. Belə ki, Komitənin rəsmi hesabatında aprel ayında 709 kiloqram (735,8 kq – 26,8 kq = 709 kq) narkotik vasitənin aşkar edildiyini göstərilir. Ancaq, qeyd etdiyimiz kimi, DGK sədri Səfər Mehdiyev aprel ayında gömrük əməkdaşları tərəfindən 730 kiloqramdan artıq narkotik vasitənin aşkar edildiyini deyir.

Bənzər yazılar

Back to top button