Hadisə

Bakı Baş Gömrük İdarəsində daha bir əməliyyat… – Şöbə rəisi kabinetində həbs edilib

Bakı Baş Gömrük İdarəsinin daha bir vəzifəli şəxsi həbs olunub. Avropa.info-nun verdiyi məlumata görə, təqribən 1 saat öncə Korrupsiya qarşı Mübarizə Baş İdarəsi və DGK-nın Əməliyyat İstintaq baş İdarəsinin əməkdaşları Bakı Baş Gömrük İdarəsinin Xüsusi prosedurlar şöbəsinin rəisi Aydın Eylazovu həbs ediblər.

Qeyd edək ki, dünən də Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Bakı Baş Gömrük İdarəsində əməliyyat keçirib.

Əməliyyat zamanı içərisində İdarənin yüksək vəzifəli şəxslərinin rüşvət alarkən tutulduğu qeyd edilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirib ki, bununla bağlı ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.

Bənzər yazılar

Back to top button