AMEA-da vaksinasiya olmayanlar işdən çıxarılmaqla təhdid olunur – Rəsmi əmrlə…

by Aztoday Xəbər Portalı

Ramiz Mehdiyev yenə də ifrat adminstrativ üsullarla çalışmaqdadır…

AzToday.az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasından şöbələrə daxil olan № 01-06/351 saylı 03.05.2021-ci il tarixli məktubunda bildirilir ki, AMEA-nın vaksinasiya olunmayan 40 yaşından yuxarı əməkdaşlarının 10.05.2021-ci il tarixdən əmək haqqları dayandırılacaq və onların tutduqları vəzifələrə vakansiya elan olunacaq. Məktubda o da qeyd olunur ki, bun unla bağlı AMEA-nın Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanovun qarşısında məsələ qaldırıb.

Qeyd edək ki, bununla bağlı AMEA-nın Şəki REM-nin baş direktoru Yusif Şükürlünün imzaladığı sənədin sürəti redaksiyamıza daxil olub. Həmin sənədi şərhsiz oxucularımızın diqqətinə cəlb edirik.

Bənzər Yazılar