İdman

“Barselona” qərarını verdi

“Barselona” qapıçısı Neto ilə yolları ayıracaq.

Qol.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb. Bildirilir ki, 31 yaşlı qolkiperin Kataloniya klubundakı son matçı La Liqanın 38-ci turunda “Eibar”la oyun olacaq. Netonun klub ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir. Lakin “Barselona” onunla mövsümün sonu yollarını ayıracaq.

Qeyd edək ki, Netonu “Arsenal” icarəyə götürmək istəyir.

Bənzər yazılar

Back to top button