Siyasət

Paşinyandan Zəngəzur dəhlizinin açılması ilə bağlı daha bir açıqlama

“Bir daha demək istəyirəm ki, regional kommunikasiyaların açılması Ermənistan üçün təkcə qəbuledilən deyil, həm də bizim üçün vacib prioritetdir”.

“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın müvəqqəti Baş naziri Nikol Paşinyan hökumət iclasında deyib.

“Əldə edilən razılaşmalara əsasən, Ermənistan İran və Rusiya ilə, Azərbaycan da Naxçıvanla dəmir yolu əlaqəsinə malik olacaq. Söhbət təbii ki, yük daşınmasından gedir. Gələcəkdə vəziyyətin ümumiyyətlə həll edilməsi halında bu istiqamətlərdə sərnişin daşınması məsələsini müzakirə etmək mümkün olacaq”.

Bənzər yazılar

Back to top button