Hadisə

Vətən müharibəsi qazisi koronavirusdan öldü (FOTO)

Vətən müharibəsi qazisi, baş-leytenant Elmir Məmmədov koronavirusdan vəfat edib.

AzToday.az xəbər verir ki, bu barədə lent.az-a mərhumun qohumları məlumat verib.

Bildirilib ki, Naxçıvanın Şərur rayonundan olan Elmir Məmmədov bir müddət əvvəl COVID-ə yoluxub. O, ötən gün Bakıda müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki. E.Məmmədov 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. O, iki dəfə ayağından yaralanıb.

Allah rəhmət eləsin!

Bənzər yazılar

Back to top button