İqtisadiyyat

Azərbaycanda rəsmən kasıb olanların sayı açıqlandı – Rayonlar üzrə TAM SİYAHI

Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə Azərbaycanda 66,1 min ailənin 278 min 994 üzvü ünvanlı dövlət sosial yardım alıb.

Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ünvanlı dövlət sosial yardım alan ailələrin sayı 13,5% və ya 10,3 min ailə, ünvanlı dövlət sosial yardım alan şəxslərin sayı isə 12,2% və ya 38 min 589 nəfər azalıb.

Ünvanlı dövlət sosial yardım alanların sayına görə ilk sırada Bakı şəhəri yer alıb. Paytaxtda 27 min 613 nəfər ünvanlı dövlət sosial yardım alıb.

Bakıdan sonra  sonra ən çox Lənkəran sakinləri sosial yardım alırlar – 21 min 961 nəfər.

Bundan başqa Masallı rayonunda sosial yardım alanların sayı 19 min 69, Cəlilabad rayonunda 10 min 519, Salyan rayonunda 9 min 936, Sumqayıt şəhərində isə 8 min 638 nəfər olub.

Sosial yardım alanların sayının az olduğu rayonların ilk sırasında Xankəndi (111 nəfər), Balakən (144 nəfər) və Naftalan (286 nəfər) rayonları yer alıb.
Digər şəhər və rayonlarda isə sosial yardım alanların sayı aşağıdakı kimi olub:

Şəhər və rayonlar Ünvanlı dövlət sosial yardımı alanların sayı,
(nəfər)
1 nəfərə düşən aylıq ünvanlı dövlət sosial
yardımın məbləği,
(manat)
Respublika üzrə – cəmi 278 994 58,24
Bakı şəhəri – cəmi 27 613 57,95
Xızı rayonu 543 60,06
Abşeron rayonu 3 433 59,08
Sumqayıt şəhəri 8 638 59,32
Gəncə şəhəri 7 901 57,03
Qazax rayonu 2 332 58,04
Ağstafa rayonu 639 58,10
Tovuz rayonu 7 701 62,11
Şəmkir rayonu 2 806 60,76
Gədəbəy rayonu 1 061 57,17
Daşkəsən rayonu 1 733 58,95
Samux rayonu 1 588 54,90
Göygöl rayonu 3 896 59,34
Goranboy rayonu 5 891 58,50
Naftalan şəhəri 286 57,65
Balakən rayonu 144 58,19
Zaqatala rayonu 967 62,36
Qax rayonu 350 57,57
Şəki şəhəri 5 360 57,54
Oğuz rayonu 582 60,49
Qəbələ rayonu 551 58,45
Astara rayonu 2 641 58,17
Lənkəran şəhəri 21 961 56,84
Lerik rayonu 3 771 56,99
Yardımlı rayonu 7 855 57,84
Masallı rayonu 19 069 59,59
Cəlilabad rayonu 10 519 59,45
Qusar rayonu 5 633 58,69
Xaçmaz rayonu 6 126 58,71
Quba rayonu 4 138 59,40
Şabran rayonu 4 473 59,24
Siyəzən rayonu 1 444 58,87
Göyçay rayonu 482 58,74
Beyləqan rayonu 3 783 58,90
Ağcabədi rayonu 6 503 60,34
Bərdə rayonu 4 517 59,72
Neftçala rayonu 2 460 58,01
Biləsuvar rayonu 4 472 62,17
Salyan rayonu 9 936 59,96
Yevlax şəhəri 8 223 60,78
Mingəçevir şəhəri 5 967 58,67
Ağdaş rayonu 3 899 58,35
Ucar rayonu 2 740 57,07
Kürdəmir rayonu 2 551 57,73
İmişli rayonu 2 141 53,67
Saatlı rayonu 2 714 57,68
Sabirabad rayonu 2 762 57,76
Hacıqabul rayonu 2 981 60,65
Şirvan şəhəri 2 830 58,66
Cəbrayıl rayonu 1 565 53,58
Füzuli rayonu 5 023 54,08
Ağdam rayonu 7 186 55,43
Tərtər rayonu 2 169 56,22
Xocalı rayonu 732 57,53
Şuşa rayonu 1 010 55,65
Xocavənd rayonu 406 58,30
Xankəndi şəhəri 111 52,35
Kəlbəcər rayonu 4 371 55,15
Laçın rayonu 4 584 54,99
Qubadlı rayonu 914 56,28
Zəngilan rayonu 817 54,55
Qobustan rayonu 545 61,86
İsmayıllı rayonu 638 58,60
Ağsu rayonu 1 709 55,11
Şamaxı rayonu 4 030 60,93
Naxçıvan Muxtar Respublikası – cəmi 2 267 41,13

 

Bənzər yazılar

Back to top button