GündəmManşetSiyasət

Paşinyan bu ərazilərin Azərbaycana qaytarılacağını təsdiqlədi

Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan mühüm açıqlama verib.

AzToday.az modern.az-a istinadən xəbər verir ki, hökumət başçısı Azərbaycanla sərhəd məsələlərinə dair yeni müqavilə imzalanacağını təsdiqləyib.

Nikol Paşinyan bu barədə məlumatı ilk yayan şəxsi – Serj Sarkisyanın kürəkəni, hazırda İtaliyada yaşayan Mikael Minasyanı da tənqid edib.

“Bəli, Azərbaycanla yeni müqavilə imzalanacaq. Əgər həmin sənəd anti-ermənidirsə, niyə Minasyan həmin sənədin yalnız bir hissəsini yayımlayıb?”- deyə Paşinyan sual edib.

Xatırladaq ki, Mikael Minasyan Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə imzalanacaq yeni müqavilə ilə Qazaxın 7 kəndininin, Naxçıvanın Kərki kəndinin Azərbaycana qaytarılacağını qeyd etmişdi.

Minasyan Qazaxın 7 kəndini, Naxçıvanın Kərki kəndini Azərbaycana qaytarmağı nəzərdə tutan, Azərbaycanla Ermənistan arasında demarkasiya və delimitasiya məsələləri üzrə birgə komissiyanın yaradılması barədə yayılan xəbərləri təsdiq edib.

Bənzər yazılar

Back to top button