HadisəManşetSağlamlıq

Səhiyyə nazirliyində şok korrupsiya sistemi – Detallı təfsilat

Time TV-yə səhiyyə sektorundan verilən məlumata görə, Oqtay Şirəliyevin nazirlikdən kənarlaşdırılıb Teymur Musayevin nazirin birinci müavini təyin edilməsindən sonra nazirliyin bir sıra qurumlarında yoxlamalar başlayıb.

Aşağılardan yuxarılara gedən yoxlamaları əsasən nazirliyin Analitik Ekspertiza Mərkəzi aparır. Səhiyyə işçiləri yoxlamalarla bağlı belə bir qiymət cədvəlinin müəyyənləşdirildiyini bildirilər.

Beləliklə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən göstərilən xidmətlərin “Price Listi”

1. Ozəl klinikalara baxış keçirən zaman mənfi rəy və nöqsanları yazmamaq üçün: 3000-5000 manat.

2. Özəl klinika üçün lisenziyanın alınması üçün müsbət rəy – 10 min manat (bəzi hallarda).
3. Tibbi texnika və tibbi ləvazimatlara idxal məktubunun vaxtında verilməsi üçün. (Çatışmayan sənədlərə göz yumurlar, yaxud ozləri duzəldib məktuba əlavə edirlər) : 100 manat (bu məbləğ sizə az görünməsin, çünki günə təxmini 50 məktub verilir).

4. İdxal olunan hər bir problemli dərman vasitəsi üçün şirkətlərdən alınan vəsait : 100 manat.

5. Əczaçılıq şirkətlərinə lisenziyaların alınması üçün müsbət rəyin verilməsi – 3000-3500 manat

6. Apteklərin yoxlanılması zamanı qeydiyyatsız dərmanlara «göz yummaq» (bütün apteklərdə var): 200-400 manat.

7. Apteklərə lisenziyaların alınması üçün müsbət rəyin verilməsi (obyektin vəziyyətindən asılı olaraq): 200-500 manat.

8. Dərmanların nəzarət markasız buraxılması. İdxal olunan dərmandan asılı olaraq: 1000- 2000 manat

9. Keyfiyyətsiz bioloji aktiv əlavələrə müsbət rəyin verilməsi: 2000 manat

10. Keyfiyyətli bioloji aktiv əlavələrin keyffiyyətinə dair ekspertizanın vaxtında keçirilməsi – 500 manat

11. Dərmanların ekspertizasının tezləşdirilməsi : 2500- 3000 manat.

12. Keyfiyyətsiz dərmanlara müsbət rəyin verilməsi. Istehsalçı ölkədən asılı olaraq: 5000-10000 manat.

13. Laborator analizlərin tezləşdirilməsi: 300-1000 manat

14. Təsərrüfat xərclərindən alınan «otkat» – 20%.

15. Yeni əməkdaşların işə götürülməsi: 5000

16. Rəqib dərmanın bazara buraxılmaması – 20.000 manat

Məlumatlarda qeyd olunur ki, bu korrupsiya maşının icraçısı Murad Süleymanov, himayədarı isə nazir müavini Nigar Əliyevadır. Mövzu ilə bağlı araşdırmamız davam edəcək.

Bənzər yazılar

Back to top button