Əbülfəs Qarayevin müavini məhkəmə önündə

by Aztoday Xəbər Portalı

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən mədəniyyət nazirinin sabiq müavini Zakir Sultanovun məhkəməsi başlayıb.

Hazırlıq iclası Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə baş tutub. Anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyunun 1-nə təyin edilib.

Xatırladaq ki, sabiq mədəniyyət naziri Əbülfəs Qarayevin müavini olan Zakir Sultanov tikinti işləri üçün ayrılan pullardan milyonluq “otkat”lar almaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktlarında ittiham edilir.

“Qafqazinfo”

Bənzər Yazılar