Cəmiyyət

Xəstəxanalar nə üçün birləşdirilir? – Professor aydınlıq gətirdi

“Xəstəxanaların maddi-texniki bazasının avadanlıqla təmin olunması, işçilərin maaş sistemi və s. bütün bunlar böyük menecerlik tələb edir. Ola bilsin xəstəxanalar da buna görə birləşdirilir”.

Bunu Qaynarinfo-ya açıqlamasında professor Adil Qeybulla Azərbaycanda bir neçə tibb müəssisəsinin birləşdirilməsinə aydınlıq gətirərkən deyib. Professor bundan sonra həmin xəstəxanaların dövlətdən maliyyələşəcəyini qeyd edib:

“İlkin görünən budur ki, publik hüquqi şəxslər yaradırlar. Publik hüquqi şəxslər də bir başa maliyyə işlərinə baxan, dövlətə vergi ödəyən və maliyyələşən strukturlar kimi fəaliyyət göstərəcək. Çünki dövlət xəstəxanalarında işçilərin maaşları standart olur. Bu qurumların ayrıca maliyyə problem olmur. İndi isə icbari tibbi siğorta paketində publik hüquqi şəxslərə vəsaitlər ödəniləcək”.

Qeyd edək ki, Azərbaycanda bir neçə tibb müəssisəsi birləşəcək. Onların arasında “Kliniki Tibbi Mərkəz” publik hüquqi şəxs professor Ə.Qarayev adına 2 saylı Klinik Uşaq Xəstəxanası, 3 nömrəli Uşaq Xəstəxanası, “Ş.Ələsgərova adına 5 nömrəli Kliniki Doğum Evi”, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası”, “Sabunçu Tibb Mərkəzi” publik hüquqi şəxs 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, 5 nömrəli Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası və “2 nömrəli Doğum Evi” və s. publik hüquqi şəxsin ona qoşulması yolu ilə yenidən təşkil edilir.

Bənzər yazılar

Back to top button