İqtisadiyyat

Ziya Məmmədovun oğluna aid edilən “Trump Tower”-in yeni sahibi kimdir? (FOTO)

Donald Trampın oteli kimi tanınan “Trump İnternational Hotel & Tower Baku” layihəsi ilə bağlı xəbər var.

Bizim.Media-nın əldə etdiyi məlumata görə yaxın zamanda “Trump Tower” “Ritz Carlton Hotel”-i brendi adı altında fəaliyyət göstərəcək.

“The Ritz Carlton” brendi altında dünyanın bir çox ölkələrində möhtəşəm dizaynlarda hotellər tikilib.

“The Ritz Carlton Hotel”lərinin baş meneceri Martin Kleinmanndır. İstanbulda Boğaz mənzərəli 5 ulduzlu ötellərin çoxu bu brend altında fəaliyyət göstərir.

Qeyd edək ki, “Trump Tower” əvvəllər beynəlxalq ticarət markasının adını daşıyan Azərbaycan-Amerika Alyansının təsisçisi və prezidenti, keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun şirkətinə aid olduğu iddia olunurdu.

Bənzər yazılar

Back to top button