GündəmManşetSiyasət

ABŞ Azərbaycana bu səbəbdən silah satmaq istəmir (İLGİNC TƏFƏRRÜAT)

“Azərbaycan ABŞ müdafiə sənayesi ilə əməkdaşlıq edə bilər”. Bu fikri dünən İlham Əliyev səsləndirib və ABŞ-a “sizdən (də) silah ala bilərik” mesajını verib.

Təşəbbüs kimi anlaşılandır, çünki Azərbaycanın yerləşdiyi coğrafiya güclü orduya malik olmağı tələb edir, güclü ordu üçün isə müasir güclü silah ən vacib amillərdəndir.

Politoloq Ərəstun Oruclunun sözlərinə görə, Azərbaycan ordusunun əsasən malik olduğu Rusiya, Türkiyə və İsrail istehsalı olan silahlar isə əksər parametrlər üzrə ABŞ silahları səviyyəsində deyil:

İkinci Qarabağ Müharibəsi əyani sübut etdi ki, müasir silahlara və onları idarə etməyi bacaran heyətə malik olan ordunun qarşısında istənilən sayda və miqyasda rəqib acizdir. Bu mənada Azərbaycanın ABŞ hərbi sənayesi ilə əməkdaşlıq istəyi tam anlaşılandır, amma düşünüldüyü qədər asan deyil. Əgər ümumiyyətlə mümkündürsə. Niyəsi isə heç də nə ABŞ-dakı erməni lobbisinin təsiri, nə də silah satışına tətbiq olnmuş qadağalar deyil. Təcrübə göstərir ki, ABŞ maraqları tələb edəndə heç bir maneə qalmır.

Amma bu da bəllidir ki, ABŞ-Azərbaycan hərbi əməkdaşlığı çox qabardılmasa da, əslində uzun müddət mövcud olub. Bəli olub, amma bu gün yox dərəcəsindədir. Söhbət heç də hərbi məqsədlərlə maliyyə yardımından yox, müasir silah və hərbi sənayedə tətbiq olunan texnologiyaların Azərbaycana verilməsindən gedir.

Ona görə ki, Azərbaycanla bu sahələrdə əməkdaşlıq etmiş ölkələrin heç də hamısı məmnun deyil. O cümlədən də ABŞ. Bəli, çünki barəsində dəfələrlə yazdığım Xəzərdə sualtı radar və naviqasiya sisteminin qurulması həm də ABŞ istehsalı olan texnoloji avadanlıqlardan istifadə etməklə həyata keçirilmişdi.

Ölkənin milli təhlükəsizlik maraqları üçün son dərəcə əhəmiyyətli olan həmin işin nəticəsi də bəllidir. Azərbaycanın Xəzərdə iqtisadi və təhlükəsizlik maraqlarının təmin edən həmin sistem AR Hərbi prokurorluğunda və MN-də kök salmış xain çətənin əlilə darmadağın edildi, avadanlıqlar isə… deyilənə görə dağıdıldı.

Daha bir misal: hal-hazırda gündəm olan Tərtər qətliamının səbəblərindən biri guya hərbçilərimizin Azərbaycan Ordusunun tanklarına quraşdırılmış və müttəfiq ölkələrin birindən alınmış termovision gecəgörmə cihazlarını ermənilərə satması olmuşdu.

Halbuki, həmin məxfi cihazlar yüksək ehtimalla elə MN-nin Texniki Təhcizat Baş İdarəsindən xarici ölkələrdən birinə (Rusiyaya) ötürülmüşdü. Xatırladım ki, strateji əhəmiyyətli bu qurum 4 il ərzində heç bir rəsmi statusu olmayan və bu gün də qeybə çəkilmiş Azad Salamov adlı inkognito şəxs tərəfində “idarə olunmuşdu”.

Casus şəbəkəsinin oğurlayaraq xaricə ötürdüyü avadanlığa görə də şəbəkənin digər qanadı (Hərbi Prokurorluq və Baş Qərargah) minlərlə hərbçimizi amansız işgəncələrə və vəhşiliklərə məruz qoydu. Absurd “baş prokurorun” təbirincə desək, cinayətkarlar əsgərə ermənilərə tank satmaq absurd ittihamına qədər gedib çıxmışdılar.

İndi sual olunur ki, sovet kolxoz sisteminin süqut ərəfəsindəki vəziyyətini xatrıladan casuslarla və xəyanətkarlarla dolu MN-nə ABŞ hərbi sənayesi hansısa müasir texnoloji silahlarını etibar edə bilərmi? Mənim az-çox tanıdığım amerikalılar bunu edəcək qədər sadəlövh deyillər.

Casus və xain demiş, MN-nin Texniki Təhcizat Baş İdarəsinə bu gün Nəcməddin Sadıkovun astar üzü olan Nizam Osmanov rəhbərlik edir. Daha doğrusu, Zakir Həsənovun sınanmış idarəçilik üsuluna uyğun olaraq, həmin vəzifəni icra edir”.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button