AnalitikaSiyasət

Myanmar, virus və Hindistanın səyləri… (TƏHLİL)

Myanmarda fevralın əvvəlindəki hərbi çevrilişdən sonra bu ölkədə vəziyyət gərgin olaraq qalır. Generallar hakimiyyəti siyasətçilərə qaytarmaq fikrində deyillər. Aparılan danışıqlar nəticə vermir, generallara boyun əyməyənlər təqib olunurlar. Böyük dövlətlərin Myanmardakı genaralları yola gətirmək təşəbbüslərinin də nəticəsi yoxdur.

Generalların dəstək aldıqları iki dövlət də bəllidir – Çin və Rusiya. Bu iki dövləti Myanmarda hakimiyyətin yenidən siyasətçiləri qaytarılması maraqlandırmır. Rusiya Myanmara daha çox silah satmaq, Çin idə Myanmarı Qərbdən uzaq tutmaq barədə düşünür.

Bu arada, Myanmarı tərk edənlərin sayı artır. Misal üçün Hindistanda sığınacaq tapan Myanmar sakinlərinin sayı 15 min nəfəri ötüb. Təkcə apral ayında Myanmardan Hindistana qaçanların sayı 2 min nəfərə yaxın olub. Hindistan rəsmiləri bildirirlər ki, Myanmarı tərk edərək Hindistana sığınanların sayı durmadan artır. Gələnləri ərzaqla təmin etmək və tibbi ehtiyaclarını ödəmək asan deyil. Hindistanda pandemiya geniş yayılıb. Məlum olub ki, Myanmardan gələnlərin də bir qismi özləri ilə virusu gətirirlər. Yəni problemin üzərinə başqa problem gəlib.

Hindistandan fərqli olaraq Myanmardan Çinə qaçan yoxdur. Bunun sadə səbəbi var. Myanmarda hərbi çevrilişi həyata keçirən generalların arxasında məhz Çinin dayanmasına dair ciddi şübhələr var. Odur ki, hərbi çevrilişə qarşı çıxan insanlar sığınacaq yeri kimi Çini seçməzlər.

Hindistana gəldikdə virusla mübarizədə xəstə sayının artmasının qaşısı nisbətən alınsa da, bu ölkədə vurisun fərqli növləri tapılmaqdadır. Vurisun yeni növlərinin başqa ölkələrə də yayılmaması üçün Hindistanın hərtərəfli dəstəyə ehtiyacı var. Hindistandakı xəstəxanalarda oksigen çatışmazlığı mövcuddur. Birinci növbədə bu problemin aradan qaldırılması vacibdir.

Alimlər hesab edirlər ki, bu gün Hindistana yardım etməklə bəşəriyyəti problemdən qurtarmaq olar. Çünki Hindistanda virusun müxtəlif növlərinin yayılması başqa dövlətlərə də keçə bilər. Dünyanın müxtəlif ölkələrində hindlilər yaşayır və çalışırlar. Çindən də virus Avropaya eyni üsulla keçmişdi. Avropa ölkələri Çinin ucuz işçi qüvvəsindən istifadə edərkən virusun yayılmasının qarşısını ala bilmədilər. Nəticədə Çinin Vuhan şəhərində ilk qeydə qalınan virus daha sonra Avropaya sıcradı. Bu gün Vuhanda nə virus var, nə də virusdan Çində ölən, Avropada isə həm virus var, həm də ölənlərin gündəlik sayı minlərlərdir. Ona görə də bəşəriyyət eyni səhvi təkrarlamaq istəmir.
Hindistanın Çindən fərqi odur ki, Dehli virus və onun yeni növləri barədə ölkələri və beynəlxalq təşkilatları məlumatlandırır ki, birgə səylərlə problemi həll edə bilsinlər. Pekin isə virus və onun yayılması gücü barədə məlumatları ilk aylarda gizlətdi ki, bunun ağır nəticəsi bütün ölkələr öz üzərlərində bugünə qədər hiss edirlər.

“Atlas” Araşdırmalar Mərkəzi

Bənzər yazılar

Back to top button