İdman

“Barselona” iki ulduz futbolçunu transfer edir

“Barselona” “Lion”un hücumçusu Memfis Depayla və “Mançester Siti”nin forvardı Serxio Aquero ilə müqavilələr imzalamağa hazırlaşır.

Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisinin Aquero ilə 2023-cü ilə qədər sözləşmə imzalaması gözlənilir. Depayın müqavilə müddəti ilə bağlı məlumat yoxdu.

Qeyd edək ki, Depay “Lion”da 2017-ci ildən çıxış edir. Klubla oyunçunun müqaviləsi 30 iyun 2021-ci ilə qədər qüvvədədi. Depay 2020/21 mövsümündə Liqa 1-də 36 matç keçirib və 20 qol vurub, həmçinin 10 məhsuldar ötürmə edib.

Aquero “Mançester Siti”yə “Atletiko”dan keçib. Transferin məbləği 40 milyon avro təşkil edib. Hücumçunun klubla müqaviləsi 2021-ci ildə başa çatır. Argentinalı İngiltərədəki karyerasında beş ölkə çempionatını, İngiltərə Kubokunu, altı Liqa Kubokunu, həmçinin İngiltərənin üç Super Kubokunu udub. O, İngiltərə Premyer Liqasının cari mövsümündə 11 matç keçirərək 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button