Dünya

“Fransanın dərdi Azərbaycan yox, Britaniyadır” – ŞƏRH

“Fransa Ermənistanı dəstəkləməklə əslində Azərbaycana, Türkiyəyə qarşı yox, Böyük Britaniyaya qarşı çıxır. Bu onların arasındakı rəqabətin nəticəsidir. Tarixən belə olub. Britaniya hansı ölkə ilə dostluq edibsə, Fransa dərhal onun qonşuluğundakı ölkədə özünə yer edib”.

Bu fikirləri deputat, REAL partiyasının təmsilçisi Erkin Qədirli bizimyol.info-ya Fransa-Türkiyə, Fransa-Azərbaycan münasibətlərini şərh edərkən səsləndirib.
Fransanın Azərbaycana, eləcə də Türkiyəyə qarşı münasibətlərinin gərginləşməsinin başında Fransa-Britaniya münasibətləri dayanır. Fransa ilə Britaniyanın arasındakı bu gərginliyin hətta adı da var. Ona “Faşota sindromu” deyilir.

XIX əsrdə Sudanın Faşota adlı bölgəsində Fransa ilə bu ölkədə öz müstəmləkəsini qurmuş Britaniya arsında qarşıdurma oldu. Sırf müstəmləkəçilik əsasında. Bu toqquşmalar zamanı fransızlar ingilislərin qarşısında tab gətirməyərək döyüşsüz qaçmışdılar və bu utanc artıq 200 ildən artıqdır etiraf olunmasa da, Fransada qalmaqdadır.

Fransa Britaniya münasibətlərinin o qədər dərinliyi var ki, dünyanın gözləmədiyi yerlərdə fəsadlar verə bilir. Fransa gördü ki, Britaniya şirkətləri Azərbaycanda fəaliyytini genişləndirdi, aktiv əməliyyatlar zamanı Britaniya bizi dəstəklədi. O da Ermənistanda güclənmək istədi”,- deyə deputat bildirib.

“Bəs Rusiya Fransanın Ermənistanda genişlənməsində niyə maraqlıdır? Belə baxanda Ermənistan sırf Rusiyaya məxsusdur, onun vassalıdır”. Bu suala millət vəkilinin cavabı belə oldu:

“Rusiya özünü Qafqazın sahibi sayır və burada özünü haqq sahibi kimi görür. Son 200 il ərzində Qafqaza rus ordusundan başqa bir ordu girə bildi və Rusiya bunun qarşısıda dayana bilmədi. Söhbət türk ordusundan gedir. Azərbaycan prezidenti elan etdi ki, biz öz ordumuzu NATO standartları əsasında Türkiyənin ordu modeli əsasında quracağıq. Bu əlbəttə Rusiyanı narahat etməyə bilməzdi. Ona görə Türkiyəni zəiflətmək üçün Rusiya Fransaya müvəqqəti olaraq razılıq verdi. Bu, indiki halda Rusiyanın maraqlarına xidmət edir.

Fransa isə dediyim kimi, Qafqaza Ermənistan vasitəsilə girməyə can atır. Burada dini, etnik, diaspora fəaliyyəti elementləri var. Amma həlledici deyil. Məsələnin məğzində qoca qitənin iki ən qədim və böyük dövltinin nüfuz savaşı dayanır”.

Bənzər yazılar

Back to top button