Siyasət

Zaxarovadan yeni Qarabağ açıqlaması

Qarabağda və ətraf rayonlarda mədəni-tarixi irsin qorunması məsələsi Rusiyanın həm rəsmi Bakı, həm də rəsmi Yerevanla təmaslarında müntəzəm müzakirə olunur.

Qaynarinfo xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, bu məsələ xarici işlər naziri Sergey Lavrovun Ermənistana və Azərbaycana səfəri zamanı da müzakirə edilib:

“Biz UNESCO-nun regiona missiyasının tezliklə təşkil olunmasının tərəfdarıyıq. Həmsədrlərin bu il aprelin 13-də verdiyi bəyanatda vurğulanır: dini-mədəni irsin mühafizəsi və qorunması Azərbaycan və Ermənistandan əlavə səylər tələb edən məsələlər sırasındadır”.

Bənzər yazılar

Back to top button