“Ermənilər silahlarını Azərbaycan xüsusi təyinatlılarına verib…” – Rus ekspert

by Aztoday Xəbər Portalı

“Azərbaycan əsgərləri sərhəd xəttini keçmək istəyən erməni hərbçiləri ilə humanist davranırlar”.

Bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

Ekspert Ermənistan-Azərbaycan sərhədində baş verən son olaylara diqqət çəkib:

“Erməni hərbçilərində mənəvi pozğunluq gözə çarpır: sürətlərini artırmaq üçün qaçır və silahlarını Azərbaycan xüsusi təyinatlı qüvvələrinə təhvil verərək Ermənistan ərazisi istiqamətində hərəkət edirlər. Göründüyü kimi, İkinci Qarabağ Müharibəsindəki hərbi məğlubiyyət şoku hələ də Ermənistan ordusundan keçməyib.

Qeyd edək ki, erməni hərbçiləri əsir götürülmədilər – azərbaycanlılar onları yenidən sərhəd xəttinə apardılar. Bəli, bura sərhəd xəttidir, tamaşa meydanı deyil. “Evinizə gedin”, – Azərbaycan hərbçilərinin erməni hərbçilərinə ünvanlanan əmrləri rus dilində verilir.

Erməni əsgərləri evlərinə qayıtdılar – hamısı da sağ-salamat. Bu humanizm deyilmi?”//Teleqraf.com

Bənzər Yazılar