“Xudafərin” su anbarı nə vaxt istifadəyə veriləcək? – Nazir müavini açıqladı

by Aztoday Xəbər Portalı

Gələn ildən “Xudafərin” və “Qız Qalası” su anbarlarının istifadəyə verilməsi planlaşdırılır”.

Bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib.

Onun sözlərinə görə, hər iki anbar tikilib, istifadəyə hazır vəziyyətdədir:

“Növbəti il anbarların su ilə doldurulması təmin olunacaq. Hər iki anbar Araz çayı üzərində və İranla sərhəddə yerləşdiyi üçün Azərbaycan və İran tərəfindən birlikdə istifadə olunacaq”.

O qeyd edib ki, hər iki dövlət üçün anbarlarda suyun bölgüsü bərabər olacaq. /Oxu.az

Bənzər Yazılar