İdman

Messi “Qızıl buts”u qazanmaq şansını itirdi

“Barselona”nın futbolçusu Lionel Messi bu mövsüm “Qızıl buts” mükafatını qazanmaq şansını itirib.

Qol.az klubun saytına istinadən xəbər verir ki, onun La Liqanın son turunda “Eybar”la matçın iştirak ərizəsində yer almaması ilə bu rəsmiləşib. Bu gün məşqdə iştirak etməyən argentinalı hücumçunun mövsümün son oyununu da buraxacağı dəqiqləşib.

Beləliklə, bu mövüm La Liqada 35 matçda 30 qol vuran Messi arıdıcıl ikinci mövsüm “Qızıl buts” mükafatını qazana bilməyəcək. O, Avropanın bombardirlər siyahısında lider deyil və 30 qolla 2-ci pillədə qalacaq.

Qeyd edək ki, “Bavariya”nın hücumçusu Robert Levandovski hazırda Bundesliqada 40 qolla “Qızıl buts”un favoritidir.

Xatırladaq ki, ötən mövsüm “Qızıl buts”u “Latsio”nun futbolçusu Çiro İmomobile qazanıb.

Bənzər yazılar

Back to top button