Azərbaycanlı sabiq deputatın Rusiyada 20 inək oğurladığı deyilir – VİDEO

by Aztoday Xəbər Portalı

Rusiyanın Volqoqrad vilayəti Dumasının keçmiş deputatı Həsən Nəbiyev Stepnoy kənd sakinlərinin inəklərini oğurlayıb.

Bu barədə kənd sakinləri yerli KİV-ə bildiriblər.

Onların dediyinə görə, keçmiş deputat və adamları kəndə gələrək onların mal-qarasını zorla örüşdən aparıblar. Hazırda oğurlanan mal-qara Nəbiyevin fermasındadır.

Ümumilikdə, Nəbiyev 22 baş inəyi aparıb. Sakinlərin dediyinə görə, həmin inəklərin hamısının sahibi təqaüdçü qadınlardı. İnəklər isə onların əsas dolanışıq yeri imiş.

Həsən Nəbiyev 1954-cü ildə Gədəbəy rayonunun Zəhmət kəndində anadan olub. Azərbaycan Politexnik İnstitutunu bitirib. Daha sonra təhsilini Rusiyada davam etdirib. 1976-cı ildə Volqoqrada gəlib. Vilayətdə müxtəlif vəzifələrdə çalışıb. Ən uğurlu karyerası isə 2004-2016-cı illərdə “QazpromtransqazVolqoqrad”a rəhbərlik etməsi olub. 2018-ci ildə Volqoqrad vilayət Dumasının deputatı seçilib. Bir il sonra yaşlı və təqaüdçüləri “avara və sərgərdanlar” adlandırdığı üçün Dumadan qovulub.

Lent.az

Bənzər Yazılar