Dünya

Lukaşenkodan yeni terror

Belarusda etiraz aksiyalarının keçirilməsində önəmli rol oynayan Nexta Telegram kanalının yaradıcılarından biri və keçmiş baş redaktoru Roman Protaseviç Minskdə həbs olunub. Roman Protaseviçin içərisində olduğu təyyarə Afinadan Vilnusa uçarkən Minskdə məcburi eniş etmək məcburiyyətində qalıb. Belarus silahlı qüvvələrinə məxsus Miq-29 qırıcı təyyarəsi Roman Protaseviçin içərisində olduğu sərnişin təyyarəsin Minsk hava limanına enməyə vadar edib. İrlandiya hava yolları şirkəti Ryanair-a məxsus təyyarədə guya bomba olduğu üçün məcburi eniş etməyə vadar edilib. Halbuki təyyarə Minskdən Vilnusa daha yaxın məsafədə olub. Ancaq onu istiqamətini dəyişib, Minsk hava limanına eniş etməyə vadar ediblər.

Rusiya müxalifətinin liderlərindən biri Leonid Volkov baş verənləri terror, Belarus prezidenti Aleksandr Lukaşenkonu beynəlxalq terrorçu adlandıraraq dünya ictimaiyyətini sərt tədbirlər görməyə çağırıb. Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya Beynəlxalq Mülki Aviasiya Təşkilatını Belarusu üzvülkdən çıxarmağa çağırıb.

“Şulika” Telegram kanalı sağlam ağılla izah etmək mümkün olamayan hadisəni Lukaşenkonun ağlını itirməsi ilə izah edib. Rusiya və Belarus ictimaiyyəti 26 yaşlı blogerin həyatının təhlükədə olduğunu bildirir və dünya ictimaiyyətini təsirli addımlar atmağa çağırır.

Rusiya müxalifətinin lideri Aleksey Navalnın silahdaşı Leonid Volkov hesab edir ki, Qərb Belarusa xüsusi təyinatlı dəstə göndərərək Aleksandr Lukaşenkonu Haaqaya gətirərək Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunmasını təmin etməlidir. Leonid Volkovun bu çağrışını dəstəkləyir və Qərbi bu addımı atmağa çağırıram.

Xaqani Cəfərli, politoloq

Bənzər yazılar

Back to top button