İdman

Zidan gələn həftə yeni planlarını açıqlayacaq

“Real Madrid”in baş məşqçisi Zinəddin Zidan klubu tərk etməyə hazırlaşır.

Fanat.az “Marca”ya istinadən xəbər verir ki, fransız mütəxəssis son turun oyunundan sonra Madridi tərk edib.

Onun istirahət müddətində gələcəklə bağlı düşünəcəyi bildirilir. Lakin Zidan “Real Madrid”də qalmaq istəsə belə, klubun bu niyyətdə olmadığı iddia olunur. Belə ki, Madrid təmsilçisinin direktorları komandaya yeni baş məşqçii gərək olduğu fikrindədirlər.

Qeyd edək ki, “Real Madrid” İspaniya La Liqasında mövsümü 84 xalla ikinci pillədə başa vurub.

Bənzər yazılar

Back to top button