Hadisə

“Korrupsiya idarəsi Şabran xəstəxanasında əməliyyat keçirsin” – Vətəndaş imdad diləyir

Şabran rayon sakini, yataq xəstəsi olan Rəhim Ramazan oğlu Nəzirovun yaxınları Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyatçılarını Şabran xəstəxanasında əməliyyat keçirməyə dəvət ediblər.

Onlar hit.az-a ünvanladıqları şikayətdə yazırlar ki, 3 uşaq atası olan 60 yaşlı Rəhim Ramazan oğlu Nəzirov təxminən 2 il əvvəl infarkt keçirib. Ondan sonra danışıq qabiliyyətini itirib, sağ qolu və sağ ayağı iflic olub. Sərbəst hərəkət imkanını itirib. Bu xəstəliyi müalicə etdiyi bir vaxtda prostatında xərçəng əmələ gəlib. Əməliyyat olunub və yataq xəstəsinə çevrilib. Onun yaxınları xəstəxana sənədləri ilə Şabran rayon xəstəxanasına müraciət ediblər. Bundan sonra yataq xəstəsinə 2-ci qrup əlil statusu verilib. Müvafiq olaraq 135 manat pensiya kəsilib.

Xəstə yaxınlarının sözlərinə görə, 2 ilə yaxındır ki, Rəhim Ramazan oğlu Nəzirova 1-ci qrup əlil statusunun verilməsi üçün müvafiq dövlət qurumlarına, əsasən də Şabran rayon Xəstəxanasının nevropatoloqu Azad Həsənova müraciət edirlər, ancaq nəticə olmur. Azad Həsənov nə onları qəbul edir, nə də ki, xəstəyə təyinatı üzrə dərmanları verir: “Əlil arabasında xəstəxanaya aparırıq ki, dərmanları versinlər. Saatlarla gözlədir, sonda da “gedin, sabah gəlin” ismarıcını göndərir. Bizə eşitdirirlər ki, Azad Həsənova “hörmət” etməmişik deyə bu cür münasibətlə qarşılaşırıq. 4 min manat verəcəyimiz halda problemin tez bir zamanda həllini tapacağını deyirlər. Deyirlər ki, “hörmət” edənlərin sənədləri tez bir zamanda hazırlanır, uyğun qrup verilir. Bizim xəstəyə 1-ci qrupun verilməməsi də bu səbəbdən baş tutmur. Çunki “hörmət” eləmirik…”


Bənzər yazılar

Back to top button