GündəmSağlamlıq

Yoluxanların sayı 200-dən aşağı düşdü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 424 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzToday.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 332 610 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 321 132 nəfər müalicə olunaraq sağalıb, 4 867 nəfər vəfat edib. 6611 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 546, bu günə qədər isə ümumilikdə 3 458 790 test icra olunub.

Bu gün koronavirus (COVID-19) əleyhinə 115 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 93 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 987 084, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 134 398, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 852 686 təşkil edir.

Bənzər yazılar

Back to top button